Sabah paytaxtın bir neçə rayonunda qaz olmayacaq

Baxış sayı: 
79
3  
0  

"Qaz İxrac" İdarəsinin Magistral qaz kəməri sahəsində
cari təmir işləri ilə əlaqədar sabah paytaxtın bir neçə
rayonunda qaz verilişində fasilələr olacaq.

Turaninfo.org bildirir ki, "Azəriqaz" İstehsalat Birliyindən
 Trend-ə verilən məlumata görə, yeni çəkilmiş diametri 530 mm-lik
Əzizbəyov dairəsi Modul "30-cu sahə Qaz Paylayıcı Stansiyası"
magistral qaz kəmərinin 294 metrlik və 325 mm-lik, "30-cu sahə-Qazanlar
Qaz Paylayıcı Stansiyası" magistral qaz kəmərinin 125 metrlik hissəsinin
mövcüd şəbəkəyə birləşdirilməsi ilə əlaqədar, sabah saat 10:00-dan təmir
işləri tamamlananadək Bakı şəhəri Nizami, Xətai və Nərimanov
rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Görülən zəruri təmir işlərinin Sabunçu rayonu Bakıxanov
qəsəbəsinin də bir hissəsinin qaz təchizatına təsir göstərməsi
mümkündür.

Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın
verilişində yaranacaq fasilə aradan qaldırılacaq.

"Azəriqaz" İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan
istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik
qaydalarına riayət edilməsini xahiş edir.

 
Загрузка...
Загрузка...