​Sabah istehsal olunacaq kəsmik, bu gündən marketlərdə (FOTOLAR)

Baxış sayı: 
103
1  
0  

 
Zabrat qəsəbəsində yerləşən böyük marketlərin birində qida məhsulunun istehsal tarixində olan problemlə bağlı redaksiyamıza fotolar göndəriblər.
 
Qaynarinfo avtosfer.az-a istinadən xəbər verir ki, fotolar 12.01.2019-cu il tarixdə Sabunçu rayonunun ən böyük marketlərinin biri sayılan "Ayxan" marketdə çəkilib. Fotodan da aydın şəkildə görmək olur ki, pəhriz üçün satılan kəsmiklərin üzərində istehsal tarixi kimi 13.01.2019-cu il tarix yazılıb. Yəni kəsmiklər hələ sabah istehsal olunacaq, amma indidən satılır.
 
Bu məsələ ilə bağlı aidiyyəti qurumların tez bir zamanda tədbir görməsini xahiş edirik.

Загрузка...
Загрузка...