Saatlıda 35 yaşlı kişi bıçaqlandı

Baxış sayı: 
174
3  
0  

Saatlı rayonunda bıçaqlanma hadisəsi baş verib.
Hadisə rayonun Mustafabəyli kəndində qeydə alınıb.
İlkin məlumata görə, kənd sakini, 1985-ci il təvəllüdlü Şəmmədov Aqil Ələddin oğlu tanıdığı şəxs tərəfindən bıçaqlanıb.
Yaralı Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.(Report)
                

Загрузка...
Загрузка...