Saatlar qaldı, hər şey bu gün HƏLL OLUNACAQ: Rusiya ordunu İrəvana yeridir və...

Baxış sayı: 
182

Ermənistanda sabiq prezident Serj Sarkisyanın baş nazir postuna namizəd olmasına etiraz edən “Elk” fraksiyasının rəhbəri Nikol Paşinyanın liderliyi altında müxalifətin aksiyası səngimək bilmir.
Publika.az xəbər verir ki, bu gün Ermənistan üçün həlledici gün hesab olunur. Parlamentdə baş nazirin seçilməsi ilə bağlı iclas keçiriləcək və bütün yollar Sarkisyanın bu postda Ermənistana hökmranlıq etməsinə aparır. Çünki hakim Respublika Partiyasının yeganə namizədi olan Sarkisyan daşnakların da dəstəyini alaraq lazım olan səsi toplaya biləcək. Əslində daşnakların Sarkisyanı dəstəkləməsinin kökləri daha dərinə gedir. Ötən ilin 2 aprelində keçirilən parlament seçkilərində erməni millətçilərinin 6,59 faizlə baryeri aşması və qanunverici orqanda güc formalaşdıra bilməsi Sarkisyan (Qarabağ klanı) - daşnak gizli ittifaqından xəbər verirdi. Bu ittifaqın hədəfində Bakı və Ankaraya qarşı gələcək hücum planlarının olması ehtimalı da var idi.
 
 
Yeni parlamentin anatomiyası: ruslara qarşı oyun, Ankara və Bakıya hücum planı - TƏHLİL
 
 
Bu baxımdan, daşnakların Sarkisyanın baş nazir olması qarşısında baş əyməsi təsadüfi deyil. Böyük ehtimalla günün sonunda Sarkisyanın adı rəsmi protokollarda baş nazir olaraq çəkiləcək. Bunun əks ehtimalı zəifdir, lakin Paşinyanın başlatdığı hərəkat dalğası işğalçı ölkədə proseslərin vətəndaş qarşıdurmasına qədər gedib çıxa biləcəyini də istisna etmir. Dünən Fransa meydanında toplaşan və fasiləsiz aksiya keçirən müxalifət bu gün parlamentin bütün giriş-çıxışlarını bağlamağa qərar verib. Bu, parlamentin Sarkisyanı baş nazir seçməsinin qarşısını almaq üçün atıla biləcək son addımdır, yaxud da hadisələrin sonrakı inkişafı etirazçıların parlament binasına daxil olmasına qədər gedə bilər. Hərçənd, dünən aksiyaçılara müdaxilə edən “qırmızı beret”lərin dövriyyəyə salınması Sarkisyanın güc tətbiqindən çəkinməyəcəyini göstərir. Bu isə yaxşı heç nə vəd etmir.
 
“Vəziyyət təhlükəli həddə çatır”,- erməni siyasi şərhçi Akop Badalyan belə yazır.
 
O, kənar müdaxilə təhlükəsinin olmasını da vurğulayır və qeyd edir ki, “yad müdaxilə ola bilər”.
 
Badalyan “yad müdaxilə” dedikdə konkret hansı güc mərkəzini nəzərdə tutduğun açıqlamır, lakin böyük ehtimalla bu, Rusiya ola bilər. Xüsusilə Qərblə açıq müharibə aparan Moskva Sarkisyanın rəhbərliyi altındakı Ermənistana nəzarətdən yanadır. Paşinyan daha çox Qərb düşüncəli elektorata xitab edir. Hərçənd, burada bir müddət öncə Nikol Paşinyanın rəhbərlik etdiyi “Elk” blokunun Baqramyan 26-dən (Ermənistanda Prezident Administrasiyasının ünvanı – red.) idarə edildiyinə dair iddialar da yada düşür.
 
 
 
 
Amma Ermənistanda baş verənlərə geosiyasi proseslər fonunda baxdıqda Paşinyan kartının Qərbin əlinə oynadığı mənzərəsi daha qabarıqdır.
 
Belə ki: bütün cəbhələrdə Rusiyaya hücuma keçən ABŞ-İngiltərə ittifaqı şimal qonşumuzun cənub sərhədlərində ən etibarlı qalası olan Sarkisyan Ermənistanını qarışdırır; bu, ən pis halda Rusiyanın diqqətinin Suriyadan yayınaraq sərhədlərinə doğru çəkilməsinə, ən yaxşı halda rusların Cənubi Qafqazdakı qalasında ən azı təsir itkisinə məruz qalmasına səbəb ola bilər; Gürcüstanda möhkəmlənən Qərb üçün Ermənistanda daxili situasiyanın öz lehinə çevirmək oyunda əlini ikiqat gücləndirmək deməkdir.
 
Məhz bu kontekstdə Badalyanın “kənar müdaxilə” ssenarisi diqqət çəkir. Hansı ki, plan bu gün proqnozlaşdırıldığı kimi getməyəcəyi təqdirdə Rusiya prosesə müdaxilə edə bilər. Təbii ki, hər şey hadisələrin inkişafından asılı olacaq...

Загрузка...
Загрузка...