Saatda 200 km sürətlə gəldi, 9 nəfəri öldürdü - DƏHŞƏTLİ HADİSƏ/FOTO

Baxış sayı: 
108
1  
0  

Hindistanın Orissa əyalətində baş verən Fani qasırğası nəticəsində 8 nəfər ölüb.
 
Publika.az xəbər verir ki, Banqladeş istiqamətində 200 km sürətlə hərəkət edən qasırğa orada da 1 nəfərin ölümünə səbəb olub.
 
Hindistanda qasırğa səbəbindən qoz ağacları kökündən çıxıb, bazarlarda dağıntılara səbəb olub, enerji və suyun verilişində də problemlər yaranıb. Qasırğa Puri şəhərindən quruya doğru irəliləyib. Onun son illər Hind okeanında yaranmış ən güclü qasırğa olduğu bildirilir.
 
Orissa əyalətində 1 milyondan çox insan 1.5 metr hündürlüyə yüksələcək su basqınlarının altında qalmaq təhlükəsi ilə üz-üzədir.
 
Qasırğa nəticəsində ölənlərin sayının artacağı ehtimal edilir, yaralı sayı isə dəqiq deyil.
 
Banqladeşdə qasırğanın gətirdiyi sel suları bəndlərdən birini dağıdıb, 14 sahil qəsəbəsi su altında qalıb. 400 min nəfər sığınacaqlara yerləşdirilib.

Загрузка...
Загрузка...