Saakaşvili Poroşenkoya müraciət etdi – Video/Yeni

 
08:44
 
Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvilinin Ukrayna Ali Radasının önündə çadır quraraq, gecələyən tərəfdarlarına hücum olub.
 
Teleqraf.com xəbər verir ki, bununla bağlı Saakaşvili Feysbuk hesabında məlumat verib:
 
“Həyəcan! Ali Rada önündəki düşərgəyə hücum oldu. Kim bacarırsa, tez bura gəlsin!”
 
***
 
08:55
 
"Ukraynskaya pravda" agentliyinin əməkdaşları dərhal Ali Rada önünə yollanıblar.
 
Düşərgədən canlı yayıma qoşulan jurnalistlər Saakaşvili tərəfdarlarını danışdırıblar. Onların sözlərinə görə, hücum polislər tərəfindən törədilib:
 
"Biz yatmışdıq. Qara geyimli polislər hücum etdi. Xəsarət alanlar var. Bu, özbaşınalıqdı".
 
***
 
09:12
 
Odessanın sabiq qubernatoru Mixail Saakaşvili bildirib ki, polislər onu həbs etmək istəyiblər:
 
“Onlar sadəcə çadırı səhv salıblar. Qonşu çadıra hücum ediblər. Çox sayda fəal vəhşicəsinə döyülüb.
 
Mən Ukrayna Prezidenti Petro Poroşenkoya müraciət edirəm: Niyə təxribat törədirsiz? Niyə məcbur edirsiz ki, insanlar müdafiə olunsun? Bu dinc aksiyadır. Təcrübə sizə heç nəyi öyrətməyib?!”
 
***
 
Kiyev polisi səhər saatlarında Saakaşvilinin olduğu düşərgəyə basqınla bağlı məlumat yayıb.
 
Məlumatda bildirilib ki, basqına səbəb axtarışda olan sabiq qubernatorun həbs edilməsi olub:
 
“Saakaşvilinin saxlanılması ilə bağlı aparılan əməliyyat zamanı onun tərəfdarları polisə hücum edib. Baş verən toqquşmalarda hər iki tərəfdən bir neçə nəfər xəsarət alıb. Saxlanılan olmayıb”.

Загрузка...
Загрузка...