“Ərzağın qiymətinin ucuzlaşacağına ümidli deyiləm, çünki...” -Ekspert...

Baxış sayı: 
89
2  
0  
Ölkədə mal ətinin qiymətində artım müşahidə olunur. Cənub bölgəsində olan əməkdaşımızın verdiyi xəbərə görə kiloqramı 10 manata olan mal əti, indi 11-11.50 qəpiyə satılır. 
 
Turaninfo.org xəbər verir ki,Moderator.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov ölkədə qiymət artımı olmasını təsdiqləyib:
 
“Bu gün bizim quruma Tovuz rayon sakinləri zəng vuraraq ərzağın qiymətinin bahaşaldığını və hətta un tapmaqda çətinlik çəkdiklərini bildirdilər. Sözsüz ki, heyvan ətinin də qiymətində artım müşahidə olunur. Bu isə gözlənilən idi, tələb varsa, qiymət artımı da olacaq. Dövlət isə çalışmalıdır ki, ölkədə bolluq yaratsın. Ölkə başçısı dəfələrlə müşavirələrdə qeyd edib ki, ölkədə monopoliya var və bir çoxları da belə vəziyyətlərdə bundan istifadə edirlər. Təəssüf ki, əlaqədar qurumlar bunun qarşısını almaq üçün indiyə kimi heç bir iş görməyiblər. Qiymət artımının isə bir daha enəcəyinə ümidli deyiləm, çünki Azərbaycanda bir daha artan qiymət,  bir daha enmir”.
 
Загрузка...
Загрузка...