Rza Zərrabın gizli DUBAY PLANI ortaya çıxdı – FOTO

Türkiyə və İran vətəndaşı, azərbaycanlı iş adamı Rza Zərrabın ABŞ-da davam edən məhkəməsinə sənəd keçirməyə çalışan 3 nəfər şübhəli şəxs- A.Sinəm, A.Regaip və H.Mustafa İstanbul polisinə aparılıb.
Publika.az xəbər verir ki, məhkəməyə sənəd keçirməyə çalışan 3 şübhəli şəxsdən A.Sinəm adlı qadının telefonunda Rza Zərrabın öz əl yazısı ilə yazdığı təlimat aşkarlanıb.
Məktubun tam mətni :
 
 
“Sinem, Dubaydakı vəkil Əbdürrəhman əl Şərif ilə görüş və ondan soruş ki, gələcəkdə Dubayda yaşaya bilmək üçün ordan yaşamaq icazəsi ala bilərmmi? Bir də vəkildən soruş ki, ABŞ məhkəməsi ilə danışıqlar aparıb, razılığa gələ bilsəm, cəza müddəti bitdikdən sonra Dubayda vətəndaşlıq ala bilərəm? ABŞ-dan birbaşa Dubaya deportasiya etsələr, orada mənə yaşama icazəsi düzəldə bilər? Vəkil ilə görüş təyin et, bütün bunları üz-üzə danış”.
Zarrabın əl yazısıyla ilə bağlı ifadəsi alınan A.Sinəm isə polislərə bunları deyib:
“Rza bəyin vəkili Şəms xanım Zərrabla görüşü zamanı Vatsapdan mənə onun əlyazması olduğunu təxmin etdiyim bu şəkli göndərib. Rza Bəyin İran əsilli əməkdaşı olan Kamelyadan soruşub cavabını vəkil Şəms xanıma geri göndərdim”
Şübhəlilərə dövlətin təhlükəsizliyinə, daxili və xarici siyasətinə xələl gətirəcək sənədləri qismən və ya tamamilə qanunsuz olaraq əldə etmə və istifadə etmə maddəsi ilə cinayət işi açılıb.
Zərrab 2016-cı ilin martında ABŞ-ın Mayami şəhərində həbs olunub. O, 2010-2015-ci illərdə İrana qarşı olan sanksiyaları pozaraq, ABŞ-da dələduzluq, bank saxtakarlığı və çirkli pulların yuyulmasında təqsirləndirilir.
Könül Cəfərli

Загрузка...
Загрузка...