Rüştü Reçber ETİRAF ETDİ: "Koronavirusa ciddi yanaşmadım"

Baxış sayı: 
167
2  
0  

Türkiyə millisinin sabiq futbolçusu Rüştü Reçber xəstəliyi ilə bağlı bəzi etiraflar edib.
 
Publika.az-ın xəbərinə görə, Reçber İtaliya mediası "TuttomercatoWeb"ə açıqlamasında bildirib ki, vaxtında koronavirusa ciddi yanaşmayıb:
 
"Xəstəlikdən dolayı bir az zəifləmişəm, ancaq vəziyyətim yaxşılaşır. Allaha şükr ki, yavaş-yavaş özümə gəlirəm. 15 gün karantində qalacam. Virusa yoluxduğum ilk gün boğazım ağrıyırdı. İkinci gün isə hərarətim 37.5 dərəcəyə qalxdı. Ailə həkimimizin tövsiyəsi əsasında ağrıkəsici qəbul etdim. Lakin sonradan iştahım kəsildi, qoxu və dadbilmə qabiliyyətimi itirdim. Davamlı öskürürdüm. Etiraf etməliyəm ki, virusa ciddi yanaşmadım. Qripdir deyə düşündüm. Temperaturum 7 gün ərzində düşmədi. Xəstəxanaya getdim və məni test etdilər. Çox ağır günlər keçirdim. Həyatımın ən ağır oyunu idi. 5 il sonra siqareti tərgitdiyim üçün şanslıyam. Mənimçün narahat olan hər kəsə təşəkkür edirəm. İtaliyanın da koronavirusla mübarizədə qalib çıxmasını arzulayıram. Qəlbim hər zaman sizinlədir. Virus çox ciddidir, evdə qalmaq və lazımsız təmaslardan çəkinmək lazımdır. Hər şeydən öncə sağlamlığımızı düşünək".
 
Qeyd edək ki, 46 yaşlı sabiq futbolçu aprelin 6-da xəstəxanadan buraxılıb.
 
Aytən Novruz

Загрузка...
Загрузка...