“Rusları bu dağda məhv etdik” – MKİ-nin məxfi bazasından XATİRƏLƏR - VİDEO

“Üsama Bin Laden 11 sentyabr terror aktından çox əvvəl – Əfqanıstanda ruslarla döyüşdə mina ayaqları altında partlayanda ölə bilərdi”.
 
Turaninfo.org publika.az-a istinadla xəbər verir ki, bu haqda Avstraliyanın “9 News.com.au” nəşrinin jurnalisti Mark Saunokonoko yazıb.
 
“Nyu-York Beynəlxalq ticarət mərkəzinə qorxunc hücumun təşkilatçısı 1993-cü ildə Qərb jurnalistinə özünün birinci müsahibəsi zamanı qurtuluşun xoşbəxt hadisəsini yada salırdı”, - məqalədə deyilir.
 
Qeyd edilir ki, Böyük Britaniyanın “Independent” qəzetində hərbi müxbir işləmiş Robert Fisk Bin Ladendən müsahibə almaq üçün 1993-cü ildə Sudana gedib.
 
“O düşünürdü ki, mən terror haqqında soruşacağam”, - “ABC Radio National”a müsahibəsində Robert Fisk yada salırdı.
 
“Mən bunu etmədim. Ruslarla vuruşmağın necə olduğunu soruşmaq istəyirdim”, - o əlavə edib.
 
Fiks sonradan Bin Laden, onun iki oğlu - Ömər və Saadlə əfqan səhrasında taliblərin düşərgəsində yenidən görüşüb.
 
“O dedi ki, Yaxın Şərqdə “bədbəxtliklər” Amerikanın onu nəzarət altına almaq cəhdi və İsrailə dəstəyinə görə yaranıb. Bin Laden bildirdi ki, Səudiyyə Ərəbistanı “Amerika koloniyasına” çevrilib”, - Fisk yazıb.
 
1997-ci ildə Britaniya müxbiri növbəti dəfə Bin Ladenlə danışmaq üçün Əfqanıstan dağlarına yola düşür. Görüş əvvəllər ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) tərəfindən istifadə olunan məxfi bazada görüşür.
 
“Oturduğumuz bu dağda Rusiya ordusunu məhv etdik”, - Bin Laden deyib.
 
Robert Fisk etiraf edir ki, Bin Ladenlə əlaqələr onun üçün ağır yük oldu.

Загрузка...
Загрузка...