​Ruslar Umudovun təsirli görüntüsünü paylaşdı - Erməniləri məyus edən anlar

Baxış sayı: 
154
1  
0  

ABŞ-ın Los-Anceles şəhərində 2015-ci ildə baş tutan Dünya Kuboku yarışında sərbəst güləş üzrə Rusiya və Azərbaycan pəhləvanlarının qarşılaşması keçirilib. 3-cü yer uğrunda görüşdə sərbəst güləşçilərimizdən ibarət yığmamızın üzvü Cəmaləddin Məhəmmədovun rəqibi Timur Kotsoev üzərində yalnız böyük xal üstünlüyü ilə təmiz qələbəsi ölkəmizi Dünya Kubokunun üçüncüsü edə bilərdi.
 
Ermənilərin də Rusiyanı dəstəklədiyi həmin qarşılaşmada C.Məhəmmədov 12:1 hesablı qələbə ilə komandamıza bürünc medalları qazandırdı.
 
Komandamızın bu qələbəsi zalda görüşü izləyən erməniləri məyus etdi.
 
Sözügedən həyəcanlı görüşdən sonra həmin ildə sərbəst güləş üzrə milli yığma komandanın böyük məşqçisi, hazırda isə Azərbaycan Güləş Federasiyasının vitse- prezidenti Firdovsi Umudov möhtəşəm qələbə sevinci yaşayıb. Hətta idman ustamızın qəlbən və emosional şəkildə yaşadığı bu zəfər sevinci bütün zalın, eyni zamanda dünya idman ictimaiyyətinin diqqətini cəlb edib.
 
Rusiya idman cameəsi də F.Umudovun bu sevincinə heyranlığını gizlədə bilməyib.
 
Elə bu günlərdə Rusiya idman ictimaiyyətinə məxsus məşhur "Wrestling_Russia" İnstaqram hesabında “Güləş üzrə məşqçi ilə ancaq güllə atıcılığı məşqçisi mübahisə edə bilər” başlığı ilə F.Umudovun çılğın qələbə sevincini əks etdirən video paylaşılıb.
 
Qeyd edək ki, bu videoya çoxsaylı rəylər yazılıb. F.Umudovun məşqçi kimi əzmkarlığı və yüksək vətənpərvərlik ruhu alqışlanıb .
 
Vətəni sevəndə də gərək belə sevəsən !
 
Videonu təqdim edirik:

Загрузка...
Загрузка...