“Ruslar köpək dişlərini çıxardıb” – Azərbaycan dili ilə bağlı qalmaqallı iddia

Baxış sayı: 
118
2  
0  

 
“Azərbaycan dilində bədii üslub yaratmaq çətin məsələdir. Çünki ruslar (imperiya siyasəti) dilimizin öz üslubunu zədələyiblər”.
 
Teleqraf.com xəbər verir ki, bu sözləri şair Aqşin Yenisey deyib.
 
“Bu günlərdə eyni mövzuda təsadüfən ingilis, fransız və Azərbaycan yazıçısının cümləsi ilə tanış oldum, gəldiyim nəticə isə budur ki, ruslar Azərbaycan dilinin köpək dişlərini çıxarıblar. Ona görə də bizim dil mövzunu qoca kimi ya əng dişləri ilə əzib diri-diri udur, ya da qabaq dişləri ilə çeynə-tüpür edib həzmə göndərir. Azərbaycan yazıçısının üslubu özünün deyil, oxucunun beynində, oxucunun xəlvətində, gizlinində yaranır. Bu dilin köpək dişləri yenidən çıxmalıdır. Üslubu yaradan dilin köpək dişləridir, yəni ifadələrin konkretliyi, sərrastlığı. Bu olmadığı üçün bədii əsərlərimizin böyük əksəriyətinin üslubu çorəyi adi suda isladıb damağı ilə çeynəyən qocanın miskinliyini xatırladır”, - şair qeyd edib.
 
Müəllif: Mənsur Rəğbətoğlu

Загрузка...
Загрузка...