Rusiyanın Qış Olimiya Oyunlarından uzaqlaşdırılması siyasi sifarişdir – İDDİA

Baxış sayı: 
139

“Fancy Bears” (Xəyali ayılar) adlı haker qrupu Rusiyanın 2018 Qış Olimpiya Oyunlarından uzaqlaşdırılmasının siyasi motivli olduğunu ortaya çıxarıb.
Publika.az xəbər verir ki, Rusiyada dövlətin dəstək verdiyi “McLaren” dopinq proqramının siyasi məqsədlə həyata keçirildiyi aydın olub.
Qrup sənədlərin yazarı kanadalı vəkil Riçard Maklarenə Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən göndərilən poçt məktublarını hekləyib. Məktublarda vəkilə sənədlərin hazırlanması üçün siyasi əmr verildiyi ortaya çıxıb. Sifarişlə hazırlanan bu sənədlər Rusiya Milli Paralimpiya Komandasının 2016 Rio Olimpiyada Oyunlarından uzaqlaşdırılmasına səbəb olub və buna görə Rusiya 2018 Qış Olimpiya Oyunlarından da avtomatik şəkildə kənarlaşdırılıb.
Haker qrupu verdiyi açıqlamada bildirib ki, ələ keçirilən yazışmalar və sənədlər avropalıların və anqlo-saksonların idman dünyasında güc və pul üçün mübarizə apardığını göstərir: “Maklarenin mövqeyi real məqsədinin dopinqlə mübarizə deyil, BOK-a qarşı anqlo-saksonların söz sahibi olmasını təmin etmək olduğunu üzə çıxarır. Vəkil bu sənədləri atletlərlə fərdi şəkildə maraqlanmaq məqsədilə yox, Rusiya Milli Komandasını Rio oyunlarından xaric etmək üçün hazırlayıb”.
Qeyd edək ki, “Fancy Bears” qrupu bu günə qədər bir çox şübhəli məqamların üstünü açmağı bacarıb. Onlar aralarında Rafael Nadal ve Serena Uilyams kimi məşhur tennisçilərin də olduğu idmançıların müalicə məqsədi adı altında qadağan olunmuş dərmanlardan istifadə etməsini ortaya çıxarıb.
Zümrüd

Загрузка...
Загрузка...