Rusiyanın ən nəhəng gəmisi yanır - Video

Baxış sayı: 
51
3  
0  

 
Rusiyanın “Admiral Kuznetsov” aviadaşıyıcısında yanğın baş verib.
 
Axar.az xəbər verir ki, Murmanskda təmir zamanı baş verən yanğın nəticəsində üç nəfər xəsarət alıb.
 
İlkin məlumata görə, yanğın enerji bölməsində qaynaq işləri aparılan zaman baş verib və 120 kvadrat metr sahəni əhatə edib.
 
***
 
“Admiral Kuznetsov” aviadaşıyıcısında baş vermiş yanğının əhatə dairəsi genişlənib və 600 kvadrat metrə çatıb.
 
Murmanskdakı gəmiqayırma mərkəzinin məlumatına görə, yanğın baş verən anda gəmidə 400 nəfər olub. İki nəfərin itkin düşdüyü bildirilir.

Загрузка...
Загрузка...