Rusiyanı yeni təhlükə gözləyir – Trampa ÇAĞIRIŞ

Baxış sayı: 
149
0  
0  

Demokratlar Partiyasından üç senator ABŞ Konqresinin Senatına qətnamə təqdim edib.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, qanunvericilər qətnamədə prezident Donald Trampı Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə çağırıblar.
Ben Kardin (Merilend ştatı), Şerrod Braun (Ohayo) və Robert Menendes (Nyu-Cersi) sənədin müəllifləridir.
Qeyd edək ki, yanvarın sonunda ABŞ-ın Maliyyə Nazirliyi “Kreml məruzəsini” açıqlayıb. Sənədə 210 nəfərin adı daxil edilib. Onlardan 114-ü Rusiya Federasiyasının yüksək vəzifəli məmurları, 96-sı dövlət şirkətlərinin rəhbərləridir.
Siyahı sanksiyaların avtomatik tətbiqini nəzərdə tutmasa da, gələcəkdə həmin şəxslərə qarşı sanksiyaların tətbiqi istisna edilmir.
Ömər Dağlı
.

Загрузка...
Загрузка...