​Rusiyalı deputat: "Qarabağ və ətraf 7 rayon qansız, qeyd-şərtsiz Azərbaycana qaytarılmalıdır" - VİDEO

 
Yeddi rayonun və Qarabağın özünün qansız və qeyd-şərtsiz Azərbaycana qaytarılması istiqamətində bütün səylər göstərilməlidir.
 
Hurriyyet.org-un məlumatına görə, bunu Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, rusiyali deputat Dmitri Savelyev deyib.
 
O deyib ki, "Qarabağ məsələsi keçmiş sovet ittifaqının bədənindəki qanlı yaradır və artıq neçə onilliklərdir bizə əziyyət verir".
 
Rusiyalı deputat, Ermənistanın yeni baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ probleminin nizamlanmasına dair danışıqlarda qondarma rejimin tamhüquqlu tərəf kimi iştirakı barədə dediklərinə də ironiya ilə yanaşıb. O, bu yerdə "Qarabağ, hansısa subyektdirmi" sualını ünvanlamaqla kifayətlənib.
 
Dmitri Savelyevin fikrincə, bu məsələ ilə bağlı Azərbaycan və Ermənistan rəhbərləri oturub, danışmalıdırlar və münaqişə sülh yolu ilə həll olunmalıdır.
 
Rusiyalı deputat bildirib ki, 7 rayon və Dağlıq Qarabağın özünün qansız və qeyd-şərtsiz Azərbaycana qaytarılması istiqamətində bütün səylər göstərilməlidir.
 
Dmitri Savelyev münaqişə ilə bağlı Azərbaycanın mövqeyinə gəlincə, güclənməyi, güclənməyi və bir daha güclənməyi məsləhət görüb. O qeyd edib ki, siyasi cəhətdən güclənmək, öz hərbi gücünü artırmaq mənasında mükəmməlliyə heç bir məhdudiyyət yoxdur.
 
Deputat qeyd edib ki, Rusiya bu gün Cənubi Qafqazda, o cümlədən Ermənistanda baş verən hadisələri diqqətlə izləyir. Rusiya orada hansı proseslərin baş verdiyindən narahatdır. Onun sözlərinə görə, Rusiya gözləyir ki, Ermənistanın yeni rəhbərliyi Rusiya tərəfinin onların ölkəsi üçün nələr etdiyini və edəcəyini unutmasın. \\Xezerxeber.az
 
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Загрузка...
Загрузка...