Rusiyadan Türkiyə və İran açıqlaması: “SƏRHƏD MƏSƏLƏSİNDƏ RAZILAŞDIQ”

Baxış sayı: 
70
1  
0  

Turaninfo.org xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov İdlibdə silahsız bölgənin sərhədlərinin müəyyənləşdirilməsi üçün üç ölkə - Rusiya, Türkiyə və İran arasında razılaşma əldə edildiyini bəyan edib.

Rusiyanın xarici işlər naziri Bosniya və Herseqovina Respublikasına rəsmi səfərə yollanıb. Səfər çərçivəsində Lavrov ölkənin Dövlət Şurasının sədri Bakir İzzetbegovic, şuranın serb üzvü Mladen İvanic və xorvat üzvü Dragan Covic ilə görüşüb.

Xarici işlər naziri İgor Crnadak ilə görüşdən sonra birgə mətbut konfransında çıxışı zamanı Lavrov Suriya məsələsindən danışıb, suriyalı müxalifətçilərin Soçi müqaviləsindən sui-istifadə edərək Suriyanın ərazi bütövlüyü üçün təhdidə çevriləcəyi fikrinə şərik olmadığını qeyd edib, Türkiyə ilə Rusiyanın hədəflərinin Suriyadakı terrorçuluğu yox eləmək olduğunu vurğulayıb. Lavrov Türkiyə ilə Rusiyanın İdlibdə yaratdıqları əsgərsiz bölgənin müvəqqəti olduğunu vurğulayıb, iki ölkə arasında gələcəkdə bu bölgədə dəyişikliklər aparılması məsələsində razılıq əldə edildiyini açıqlayıb.

Lavrov prezident Ərdoğanın Tehrandakı çağırışını xatırladaraq, Suriyanın ərazi bütövlüyünə qarşı əsas təhdidin Fərat çayının şərq sahillərinə nəzarət edən ABŞ-ın olduğunu diqqətə çatdırıb.

Загрузка...
Загрузка...