​Rusiyadan böyük dəstək alan Hafter ordusu Tripoliyə doğru İRƏLİLƏYİR!

Baxış sayı: 
103
3  
0  

Hurriyyet.org xəbər verir ki, Rusiyanın Liviyaya muzdlu hərbçilər və əlavə olaraq nizamlı ordu göndərməsi xəbərinin aşkara çıxmasından sonra qiyamçı general Hafter səkkiz ay ərzində ələ keçirməyə çalışdığı paytaxt Tripoli üçün ordusuna hücum əmri verib.
 
Misir, BƏƏ, Səudiyyə Ərəbistanı, ABŞ, Fransa və Rusiyanın dəstəklədiyi qiyamçı Liviya Milli Ordusunun komandiri general xəlifə Hafter televiziya vasitəsilə yayılan çıxışında qarşı tərəfə müraciət edərək, silahını yerə qoyanlara toxunmayacaqlarını söyləyib. Tripolinin cənubunda şiddətli atışmaların getdiyi bildirilir.
 
Hücum əmrinin verilməsində diqqəti çəkən detal
 
Hafterin açıqlamasının Rusiyanın Liviyaya muzdlu hərbçilər və ardınca nizamlı ordu göndərməsinin ortaya çıxması və Türkiyə-Liviya razılaşmasının imzalanmasından sonra verilməsi diqqəti cəlb edir.
 
Liviyadakı Milli Həmrəyli Hökumətinin daxil işlər naziri Fəthi Başağa “Əl Ahrar” televiziyasındakı çxışında deyib: “Qiyamçı Hafter tərəfindən həyata keçiriləcək hər bir hücumu dəf eləməyə hazırıq”.

Загрузка...
Загрузка...