Rusiyada yaşayan erməni professor koronavirusdan öldü

Baxış sayı: 
92
2  
0  

Erməni etnik qrupundan olan qadın həkim, Rusiya vətəndaşı, professor Arpik Asratyan koronavirusa yoluxaraq ölüb.

“Report” xəbər verir ki, məlumatı MK yayıb.

Bildirilib ki, 69 yaşlı Arpik Asratyan Moskva Seçenov adına Universitetin Epidemiologiya kafedrasında professor işləyirmiş.

Martın 23-də onu yüksək temperatur və tənəffüs problemi ilə xəstəxanaya aparıblar. Orada ona koronavirus diaqnozu qoyulub. Bir neçə saat öncə qadın ölüb.

Onun son zamanlar xarici ölkəyə səfər etmədiyi bildirilir.

Qeyd edək ki, A.Asratyan tibb elmləri doktoru idi və hepatit virusunun müalicəsi üzrə Rusiyanın məşhur mütəxəssisi sayılırmış.

 
Загрузка...
Загрузка...