Rusiyada ərinin qətlini hazırlayan deputat tutuldu – VİDEO

Baxış sayı: 
59
2  
0  

 
 
Rusiyada ərinin qətlini hazırlamaqda şübhəli bilinən deputat saxlanılıb.
 
REN TV-nin məlumatına görə, bu barədə Samara İstintaq Komitəsi xəbər yayıb.
Qurum bildirir ki, qadın ərinin pulunu və əmlakını ələ keçirmək məqsədilə tanışının köməyilə onun qətlini təşkil etmək istəyib. Şübhəli killerə bu iş üçün o, 400 min rubl təklif edib.
 
 
Deputat və rəfiqəsi xüsusi əməliyyat nəticəsində qətli icra edəcəyi ehtimal olunan şəxsə avans verərkən saxlanılıb. Onlar barəsində “Bir qrup şəxs tərəfindən əvvəlcədən sui-qəsd yolu ilə adam öldürməyə hazırlıq” maddəsi ilə cinayət işi başlanılıb.
 
Dindirilmə zamanı onlar ifadə verməkdən imtina ediblər.
 

Загрузка...
Загрузка...