Rusiyada inanılmaz Qarabağ təxribatı - Foto

Rusiyanın Sankt-Peterburq şəhərində dərc edilən “Dünya dövlətləri” (“Страны мира”) ensiklopediyasında təxribatçı material yerləşdirilib.
 
Axar.az xəbər verir ki, ensiklopediya müəllifləri Dağlıq Qarabağı ayrıca dövlət kimi göstərməklə bərabər, Azərbaycanın bu ərazisinin sahəsini də təhrif ediblər. Belə ki, 1970-ci il siyahıyalınmasına uyğun olaraq, əhali 150 min göstərilib, həmçinin “dövlətin” 11.458 kv/km-lik “ərazi”yə malik olduğu da qeyd edilib.
 
Xatırladaq ki, Dağlıq Qarabağ Muxtar Vilayəti Sovet Rusiyasının Azərbaycanı ələ keçirməsindən və ADR-in süqutundan sonra, Azərbaycan Sovet Sosialist Resublikası adından 1923-cü il iyulun 7-də verilmiş dekretlə yaradılıb. Muxtar Vilayətin ərazisi 4,4 min kv/km olub.
 
Məlum hadisələr və ermənilərin törətdiyi qətliamlar, Ermənistan silahlı qüvvələrinin apardığı işğalçılıq siyasəti zamanı, 1991-ci il noyabrın 26-da Azərbaycan parlamenti DQMV-ni milli ərazi qurumu kimi ləğv edib, “Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında” Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1923-cü il 7 iyul dekreti və “Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında” Azərbaycan SSR-in 1981-ci il 16 iyun qanununu qüvvədən düşüb.
 
Lakin Rusiyanın hərbi dəstəyi ilə erməni işğalçılarının apardığı hərbi əməliyyatlar və etnik təmizləmə nəticəsində 4,4 min kv/km-lik Dağlıq Qarabağ ərazisi, o cümlədən Dağlıq Qarabağ ətrafındakı 7 rayon işğal edilib. Ümumilikdə işğal edilən ərazi 17 min kv/km-ə yaxındır.
 
Dağlıq Qarabağın “müstəqil dövlət” kimi göstərmək, 65 minlik əhalisini 150 min, ərazisini 11.458 kv/km qeyd etmək olduqca təhlükəli təxribatdır və erməni məkridir.

Загрузка...
Загрузка...