Rusiyada bu il həbs edilən “qanuni oğru”ların siyahısı açıqlandı

Baxış sayı: 
37
1  
0  

 
Rusiyada “qanuni oğru” ünvanını alan şəxslərə qarşı bu il başlayan mübarizə sahəsində hüquq-mühafizə orqanlarının keçirdiyi əmliyyatların ilkin nəticələri bəlli olub.
 
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, 2019-cu ildə 23 kriminal avtoritetə qarşı rəsmi ittiham irəli sürülüb.
Bunlar Nikolay Kuçmiçev (Kolya Tomski), Cumber Bayramidi (Banço), Roman Dmitriyev (Roma Stavropolski), Oleq Medvedev (Şişkan), Oleq Piroqov (Sirkaç), Şalva Ozmanov (Kusya), Əhməd Yevloyev (Sutulıy), Rəşid Xaçatryan (Raşid Cambulski) və Qoça Antipovdur (Alfason).
 
Bundan başqa, David Cangidze (Dato Krasnodarski), Aleksandr Okunev (Oqonyok), Stepan Furman (Styopa Murmanski), İrakli Cabua (İka Rostovski), Ziyavutdin Əbdülxaliqov (Zayava), Şamil Maqomedov (Çeburaşka), Nodar Cinçelaşvili (Şoşiya) və Avtandil Kobeşavidze (Avto Kopala) da artıq həbsxanadadırlar.
 
İttiham olunanların arasında Ömər Bekayev (Omar Ufumski), Sergey Asatryan (Osetrina Mladşiy), Arsen Mkrtçyan (Arsen Yevevanski) və Konstantin Naybauerin (Kostya Kanski) də adlaırnı çəkmək olar. Ən son tutulan isə Nijni-Novqorod şəhərində saxlanılan, Novik ayamalı İqor Novikovdur.
 
Qeyd edək ki, Rusiya Cinayət Məcəlləsinin bu ilin aprel ayının 12-də qüvvəyə minən yeni, 210.1 maddəsinə əsasən cinayət iyerarxiyasında yüksək mövqe tutmaq artıq cinayət əməli hesab olunur və 8 ildən 15 ilə qədər həbs cəzası, habelə 5 milyon rubl məbləğində cərimə verilməsi nəzərdə tutulur.
 
Bundan başqa, Rusiyada mütəşəkküil cinayətkar qrup liderləri üçün azadlıqdan məhrumetmə cəzasının şərti cəza ilə əvəz olunması qəti şəkildə istisna olunur.
 
Yerli mətbuat həbs olunmaq qorxusu ilə artıq bəzi “qanuni oğru”ların öz adlarından imtina etdiyini yazıb.
 
Musavat.com
 
 

Загрузка...
Загрузка...