​Rusiyada 1000-ə yaxın erməni sürücü işdən çıxarıldı

Rusiyanın "Yandeks” taksi xidməti Ermənistan vətəndaşı olan sürücülərlə işləməkdən imtina edir.
 
Virtualaz.org xəbər verir ki, bu barədə Ermənistanda çıxan "Jamanak” qəzeti məlumat yayıb.
 
"Yandeks” bildirib ki, onların sürücülük vəsiqəsi 4 dövlətdən birinə - Rusiya, Belarus, Qırğız Respublikası və Qazaxıstana məxsus olmalıdır. Nəticədə minə yaxın erməni əsilli sürücü taksi sürücülüyündən məhrum olaraq işsiz qalıb”, - qəzet yazıb.
 
Mütəxəssislər qeyd ediblər ki, Ermənistanın verdiyi sürücülük vəsiqəsi peşəkar fəaliyyət göstərmək üçün Rusiya tərəfindən tanınmır.
 
***
 
Günün əsas xəbər başlıqları videoda...

Загрузка...
Загрузка...