Rusiya XİN-dən Ermənistanın Azərbaycana müharibə elan etməsi qərarına münasibət

Baxış sayı: 
109
1  
0  

Dağlıq Qarabağ münaqişəsi güc tətbiq olunmadan həll edilməlidir.

Bunu Trend-in Ermənistan parlamentinin “Şant-2018” komanda-qərargah təlimləri çərçivəsində Azərbaycana şərti müharibə elan etməsi qərarının münaqişənin həlli prosesinə təsiri barədə sorğusuna cavab olaraq Rusiya Xarici İşlər Nazirliyindən (XİN) bildiriblər.

XİN Ermənistanın Azərbaycana müharibə elan etməsi haqqında bəyanat yaydı
“Biz dəfələrlə vurğulamışıq ki, Dağlıq Qarabağ münaqişəsi güc tətbiq olunmadan, yalnız sülh yolu ilə həll edilməlidir. Bununla əlaqədar olaraq tərəflərin diqqətini 2017-ci ilin oktyabrında Cenevrədə əldə olunmuş razılığa əsaslanan danışıqlar prosesinin fəallaşdırılmasına yönəltməsini daha aktual hesab edirik”, – deyə XİN-dən bildiriblər.

Qeyd edək ki, Ermənistan parlamenti “Şant-2018” komanda-qərargah təlimləri çərçivəsində Azərbaycana şərti müharibə elan etmişdi. Müvafiq məlumat parlamentin saytında yerləşdirilmişdi.

Загрузка...
Загрузка...