Rusiya və Çindən ABŞ-a İran jesti

Baxış sayı: 
118
1  
0  

ABŞ prezidenti Donald Trampın, İran ilə ticarət əlaqəsi olan ölkələri İrana tətbiq edəcəyi sanksiyalara dəstək olmaları barədə çağırışa, Çin və Rusiya etiraz edib. Çin və Rusiya, ABŞ-ın İran ilə olan ticarət münasibətləri əngəlləyəcək olan sanksiyaları pisləyərək, ABŞ-a dəstək verməyəcəklərini açıqlayıb.
 
 İran ilə ticarət əlaqələrinə davam edəcəyini bildirən Çin Xarici İşlər Nazirliyi, "Çin birtərəfli atılan addımların və tətbiq edilən sanksiyaların qarşısında olmağa davam edəcəkdir" deyə, bəyan edib. Çinin, İran ilə olan ticarət əlaqələrinin hər zaman şəffaf, dəqiq, doğru, dürüst və hüquqi olduğunu və iki ölkənin, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qərarlarına heç vaxt xələl gətirmədiyini vurğulayan Çin Xarici İşlər Nazirliyi, Çinin hüquqi haqlarının qorunması vacibliyi üzərində dayanıb. Rusiya isə ABŞ-ın tətbiq edəcəyi sanksiyaların, böyük bir xəyal qırıqlığı olduğu mesajını verərək, İran ilə olan 2015-ci ildəki nüvə müqaviləsinə sadiq qalacaqlarını açıqlayıb.

Загрузка...
Загрузка...