Rusiya Krımda "gəmilərin qatili"ni yerləşdirdi

Baxış sayı: 
74
1  
0  

Amerikalı müşahidəçisi Maykl Pek Rusiyanın Krımda yerləşdirdiyi “Utes” sahil raket kompleksindən danışıb.
 
Publika.az xəbər verir ki, o, “The National Interest” üçün yazdığı məqaləsində kompleksi “gəmilərin qatili” adlandırıb.
 
Onun sözlərinə görə, kompleks turboreaktiv mühərriklə “P-35” gəmi əleyhinə raketlər sayəsində “Utes” gəmilərin əsl qatili olub.
 
“Krımın sahil müdafiəsinin gücləndirilməsi Qara dənizə qərb müdaxiləsindən əvvəl Rusiyanın qorxularını azaldır”, - materialda qeyd edilir.
 
Qeyd edək ki, “P-35” raketinin uçuş məsafəsi 450 kilometrə qədər təşkil edir.

Загрузка...
Загрузка...