Rusiya ilə böyük münaqişə: Trampın məqsədi nədir? – Şərh

Baxış sayı: 
127
0  
0  

 
Qərbin Suriyaya hücumu BMT beynəlxalq normalarının pozulmasıdır. Bu hücum ABŞ və Rusiya arasındakı vəziyyəti gərginləşdirəcək.
 
Teleqraf.com xəbər verir ki, silahlanma üzrə isveçli ekspert Hans Bliks bu fikirdədir:
 
“BMT sənədlərində deyilir ki, bir dövlətin digər ölkənin ərazi bütövlüyünə qarşı güc tətbiq etmək hüququ yoxdur. Bu cür hücumlar iki halda mümkündür. Birincisi, özünümüdafiə üçün, ikincisi, BMT Təhlükəsizlik Şurasının icazəsi ilə”.
 
Bliksin sözlərinə görə, ABŞ-ın hücumu bu kriteriyalardan heç birinə uyğun gəlmir.
 
Acı təcrübə
 
2003-cü ildə İraq müharibəsi zamanı BMT inspeksiyasına Bliks rəhbərlik edib. BMT müfəttişi kimi o, ABŞ-ın Səddam Hüseynin kütləvi qırğın silahına malik olması ilə bağlı səsləndirdiyi yalanlar fonunda İraqa soxulduğunu bildirib.
 
İraqda silahlanma məsələlərinə rəhbərlik edən şəxslərdən biri də ABŞ-ın BMT-dəki nümayəndəsi Con Bolton olub. O, ötən həftə Donald Trapın milli təhlükəsizlik üzrə müşaviri təyin edilib.
 
Ekspert bildirib ki, hazırda Bolton çox gərgin vəziyyətlərdə Trampa məsləhət verən şəxslərdən birinə çevrilib.
 
Vəziyyət ağırlaşır
 
ABŞ Suriyaya hücuma səbəb kimi kimyəvi silahdan istifadəni göstərdi. Vaşinqtonun fikrincə, Suriya Prezidenti Bəşər Əsəd dinc sakinlərə qarşı kimyəvi silah işlədib. Bliks isə hesab edir ki, bu məsələ sübuta yetirilməyib:
 
“Mən istisna etmirəm ki, hücumda məsuliyyət Əsəd rejiminin üzərinə düşür. Ancaq bunu sübut etmək lazımdır. Əsəd Kimyəvi Silahların Qadağan Edilməsi təşkilatını ölkəyə dəvət edib. Araşdırmaların nəticəsini gözləmək lazımdır. Ancaq ABŞ bunu gözləmədi”.
 
Tramp buna qarşıdır
 
Bliks deyib ki, Suriyanın bombalanması bölgədəki vəziyyəti dəyişməyəcək:
 
“Kütləvi işğal baş verməyəcək. Rusiya ilə qarşıdurma riski hələ də önəmli faktordur. Tramp Rusiya ilə böyük münaqişənin əleyhinədir”.
 

Загрузка...
Загрузка...