“Rusiya dərhal sülhməramlılarını Laçın dəhlizinə yeritməlidir...” -Ermənipərəst politoloq

Baxış sayı: 
234
2  
0  

“Cənubi Osetiya və Ukraynada da Moskva sonda danışıq-güzəşt taktikasından hərəkətə keçib...”
“20 il əvvəl Serbiyada olduğu kimi,  Rusiya dərhal yeni "Priştina hücumu" etməlidir. Və bu tələskənlik Azərbaycan və ya Türkiyə ilə müharibə üçün deyil, Qarabağın mümkün blokadasının qarşısını almaq və mülki əhalisini qorumaq üçün lazımdır...”

Moderator.az xəbər verir ki, bu avantürist və imperialist xarakterli fikirləri  Rusiyanın ermənipərəst politoloqu, Avrasiya İqtisadi Birliyi İnstitutunun direktoru Vladimir Lepexin söyləyib.

“Əslində, Ermənistanla sərhədlərdə silahlı qarşıdurmanın güclənməsi ilə əlaqədar Rusiya Federasiyası üçün mənfi nəticələrin böyüməməsi üçün Moskva dərhal sülhməramlılarını Laçın dəhlizinə yeritməlidir. 20 il əvvəl Serbiyada olduğu kimi, dərhal yeni "Priştina hücumu" etməlidir. Və bu tələskənlik Azərbaycan və ya Türkiyə ilə müharibə üçün deyil, Qarabağın mümkün blokadasının qarşısını almaq və mülki əhalisini qorumaq üçün lazımdır. Düşünürəm ki, Rusiya anlamağa başlayır ki, Rusiya Federasiyası Qarabağda hərbi gücdən nə qədər gec istifadə etsə, onun üçün bir o qədər pis olacaq...

Bu gün hücum edən tərəf(Azərbaycan- S.L.) danışıqlarda maraqlı deyil. Laçın dəhlizi ələ keçirildikdən sonra bu tərəf Ermənistan və Qarabağla qətiyyən danışıqlar aparmayacaq, əksinə, öz şərtlərini ermənilərə və Rusiyaya diktə edəcək...”- deyə Rusiya siyasətşünası vurğulayıb.
“Ancaq etiraf etmək lazımdır ki, Rusiya rəhbərliyi, məsələn, Cənubi Osetiya və Ukrayna ilə münasibətlərdə uzun müddət tərəddüd edirdi. Ancaq hər iki vəziyyətdə də Rusiya son nəticədə danışıqlar və güzəştlər taktikasından hərəkətə keçib. Cənubi Osetiyada rus hərbçiləri Amerika xüsusi xidmət orqanları tərəfindən dəstəklənən Saakaşvilinin qoşunlarına cavab vermək məcburiyyətində qaldılar. Ukraynada Rusiya həmin xüsusi xidmətlərə Krım əhalisini qorumaq üçün bir əməliyyatla cavab verə bildi. Hesab edirəm ki, Qarabağla bağlı vəziyyətdə Rusiya rəhbərliyinin Cənubi Qafqazda hökmranlığa doğru artan Türk ambisiyalarını dayandırmaqdan başqa bir yolu yoxdur. Rusiyayay Osmanlı “infeksiyası”nın Gürcüstan, Abxaziya, Şimali Qafqaz, Orta Asiya ölkələrinin və Volqa bölgəsini əhatə etməsi qətiyyən sərfəli deyil”  - deyə  Rusiya institut direktoru Türkiyə haqda təhqiramiz ifadəyə də yol verib.

Загрузка...
Загрузка...