“Rusiya da çəkiləcək və terrorçular...” – QORXUNC SSENARİ

Baxış sayı: 
114
0  
0  

NATO-nun Türkiyə-Suriya sərhədinə öz güclərini yerləşdirməsi reallaşmayacaq bir xəyaldır.
Publika.az “Fars” agentliyinə istinadən xəbər verir ki, bunuİranın ali dini lideri Ayətullah Əli Xameneinin xarici siyasət məsələləri üzrə məsləhətçisi Əli Əkbər Vilayəti bildirib.
“Şübhəsiz ki, bunun kimi ağılsız və məntiqə uyğun olmayan qərarlar dəfələrlə qəbul edildi. Amma bu qərarları həyata keçirmək mümkün olmayacaq”, - iranlı diplomat NATO güclərinin Türkiyə-Suriya sərhədində yerləşdirilməsi ilə bağlı alyansın Brüssel sammitində qəbul olunan qərarını şərh edib.
 
 
Vilayəti İran, İraq, Suriya, Fələstin və Livanın Rusiyadan aldıqları dəstəklə NATO-nun bu planına qarşı çıxacağını deyib.
İran güclərinin Suriyadan çəkilməsinə gəlincə, o, bu ölkədəki mövcudluğunun İsraillə heç bir əlaqəsinin olmadığını vurğulayıb.
“Bu ölkədəki hərəkətlərimizi Dəməşq və Moskva ilə koordinasiya edirik. Suriyadakı varlığımızın İsrailin tələblərinə uyğun gəlməsinə zərurət yoxdur. Bu ölkədə hərbi məsləhətçilərimiz var. Biz buradan getsək, ardımızca, Rusiya gedəcək və terrorçular yenidən gələcək. Suriyadakı terrorçu qruplar hazırda İdlibdə toplanıb. Suriya İran və Rusiyanın dəstəyi olmadan zəifləyər. Suriyanın terrorçu qruplar və ABŞ-ın təcavüzkarlığından qorumnası üçün İran və Rusiyanın bu ölkədəki hərbi mövcudluğu davam edəcək. İraq ya da Suriya hökumətlərinin istəməyəcəyi halda, dərhal çəkiləcəyik. Lakin İsrail ya ABŞ-ın təzyiqinə görə geri çəkilməyəcəyik”, - dini liderin məsləhətçisi yekunlaşdırıb.

Загрузка...
Загрузка...