Rusiya da beynəlxalq uçuşları bərpa edir - TARİX AÇIQLANDI

Baxış sayı: 
99
1  
0  

Rusiya iyulun 15-dən etibarən xarici uçuşlara qoyulan məhdudiyyətləri tədricən aradan qaldıracaq.
 
Publika.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Baş nazirin müavini Tatyana Qolikova məlumat verib:
 
“Bu ona görə mümkün olub ki, Rusiyada xeyli müddətdir yeni növ koronavirus infeksiyasına yoluxma halları və xəstəliyin azalması müşahidə olunur”.
 
Qolikovanın sözlərinə görə, uçuşlar Covid-19-a yoluxma nisbəti hər 100 min nəfərə 40-dan çox olmayan ölkələrlə bərpa olunacaq:
 
"Həmin ölkələrdə orta sutkalıq yoluxma və yayılma riski 1 faizi keçməməlidir. Bu səbəbdən aviasiya orqanları həmin kriteriyalara cavab verən ölkələri aydınlaşdırmalı və danışıqlar aparmalıdır. Bundan başqa, əlverişsiz epidemioloji vəziyyət olan yerlərdən gələnlər karantinə alınacaq. Həmçinin, Covid-19 testi olmayan sərnişinlərdən test götürüləcək və cavab neqativ olanadək müşahidə altında saxlanılacaqlar".
 
Əcnəbi vətəndaşların Rusiyaya gəlmək üçün 3 gün əvvəlcədən alınmış tibbi arayışları da olmalıdır.
 
Xatırladaq ki, Rusiya martın 27-dən etibarən digər ölkələrlə müntəzəm və çarter reyslərini dayandırıb.

Загрузка...
Загрузка...