"Rusiya büdcə yükünün bir hissəsini zənginlərin çiyninə qoymağa çalışır" - RÖVŞƏN AĞAYEV

Baxış sayı: 
65
2  
0  

"Azərbaycanda isə rəsmi statistikaya görə zəngin yoxdur, ona görə yəqin bu, bizdə heç vaxt aktual olmayacaq"

"Rusiya böhranla əlaqədar zənginlərdən daha çox vergi almağa, büdcənin yükünün bir hissəsini onların çiyninə qoymağa çalışır. Depozitlərə və dividendlərə görə 1 mln. rublu (təxminən 12,8 min dollar) ötən gəlirlər 13% dərəcəsilə vergiyə cəlb olunacaq". Hurriyyet.org xəbər verir ki, bu fikirlərin müəllifi İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini, iqtisadçı ekspert Rövşən Ağayevdir.

İqtisadçı ekspert qeyd edib ki, bu qərar Rusiya qiymətli kağızlar bazarına sərmayə yatıran və depozit yerləşdirən qeyri-rezidentlərə də aid olacaq: "Son açıqlamaya görə, onlar Rusiyadan hər il 95 mlrd. dollara yaxın məbləğdə dividend və faiz formasında qazanc aparırlar. İndi bunun 13%-ni büdcəyə vergi kimi ödəməli olacaqlar. Hesablamalara görə, bu mənbə 18 mlrd. dollar büdcəyə pul gətirəcək ki, bu da federal büdcənin 7%-nə yaxın bir məbləğdir. Hökumət deyib ki, bu qərar cəmi 1% əmanətçinin maraqlarına toxunacaq". Zənginlərin vergiyə cəlb edilməsinin son illər çox akutallaşdığını vurğulayan Rövşən Ağayev bildirib ki, Tomas Pikketi "21-ci əsrdə Kapital" əsərində bu ideyanı səsləndirdikdən sonra ABŞ milayderləri Baffet və Qeyts, hazırda isə prezidentiliyə namizədlik yarışına qatılan demokrat Sanders bu ideyanı təbliğ etməyə başlayıb: "Sadəcə motivlər fərqlidir: Qərbdə buna son illər həddən artıq artan sosial bərabərsizliyi azaltmaq vasitəsi kimi baxırlar. Rusiya isə böhranda büdcəni doldurmaq üçün məcburi addım kimi çıxıb ortaya. Azərbaycanda isə rəsmi statistikaya görə zəngin yoxdur, ona görə yəqin bu, bizdə heç vaxt aktual olmayacaq".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org

 
 
Загрузка...
Загрузка...