Rusiya baş nazirinin müavininə ÖMÜRLÜK CƏZA

Rusiyanın baş nazirinin müavini Vitali Mutko Olimpiya oyunlarından ömürlük kənarlaşdırılıb.
Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu haqda qərar Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsinin Lozannada keçirilən iclasında qəbul edilib.
Qeyd edək ki, komitə daha əvvəl Rusiya milli komandasını 2018-ci ildə keçiriləcək Qış Olimpiya Oyunlarından kənarlaşdırıb.
Qeyd edilib ki, bəzi rusiyalı idmançılar Pxençxanda neytral bayraq altında yarışlara qatıla bilərlər.

Загрузка...
Загрузка...