Rus telekanalında İrana ŞOK: 35 milyon Azərbaycan türkünü... - FOTO

Baxış sayı: 
697
1  
0  

 
“Tehran hökuməti 35 milyon Azərbaycan türkünü ən adi hüquqlarından məhrum edib, onlara zülm edir”.
 
Publika.az xəbər verir ki, bunu “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri və İsrail məsələləri üzrə ekspert Arye Qut Rusiya televiziyasına müsahibəsində deyib.
 
“Kanal 9”da danışan ekspert Güney Azərbaycan və İranda 35 milyonluq Azərbaycan türkünə qarşı edilən ayrı-seçkilikdən bəhs edib. İsrailin Suriyada İranın mövqelərinə hava hücumunu təhlil edib. O, Güney Azərbaycan məsələsinə də toxunub.
 
 
 
Qeyd edək ki, Arye Qut bundan əvvəl televiziya verilişlərində İranda qeyri-fars millətlərə tətbiq olunan ayrı-seçkilik siyasətinə işarə edəcəyini elan etmişdi.
 
Məlumat üçün bildirək ki, Arye Qut İsraildə “Azərbaycan beynəlxalq multikulturalizm mərkəzi”nin rəhbəridir. O, Azərbaycan həqiqətlərinin İsrail və dünya ictimaiyyətinə çatdırılması uğrunda fəaliyyət göstərir. Ekspert Bakıda anadan olub, onun Azərbaycanla bağlı onlarla məqaləsi İsrail qəzetlərində dərc olunub.
 
Zümrüd

Загрузка...
Загрузка...