​Rus tarixçi sevgilisinin başını niyə mişarla kəsib - Dünyanı sarsıdan qətlin TƏFƏRRÜATI, FOTOLAR

Baxış sayı: 
57
1  
0  

 
Rusiyanın tanınmış tarixçilərindən olan Oleq Sokolov içərisində bir qadına aid vücud parçaları olan bel çantası ilə yaxalanıb.
 
Musavat.com xəbər verir ki, yaxalanan tarixçi törətdiyi cinayəti etiraf edib.
 
Rusiya gündəmi bu xəbərlə sarsılıb. Ölkənin məşhur tarixçilərindən olan 63 yaşlı Oleq Sokolov tam təsadüf nəticəsində yaxalanıb.
 
Dünya mətbuatında da geniş yer alan bu hadisənin təfərrüatları isə olduqca qorxuncdur. Sokolov sevgilisini öldürdüyünü və onu parçalara ayırıb, çantaya yığdığını etiraf edib.
 
Rusiya mətbuatında yer alan xəbərlərə görə, cinayətdən bir gün qabaq Moika çayına bir nəfərin düşdüyü bildirilmişdi. Hadisə yerinə gələn polislər çaya düşən şəxsin sözügedən məşhur tarixçi Oleq Sokolov olduğunu təsbit etmişdi.
 
 
 
Məlumatlara görə, çaya düşən Sokolov içkili olub. Sudan çıxarılan tarixçinin bel çantasına baxan polislər orada iki kəsilmiş qadın əli tapıb. Bundan sonra Sokolov polislər tərəfindən saxlanılıb. Daha sonra onun evinə baxış keçirilib.
 
Axtarışlar zamanı rus tarixçinin sevgilisi və tələbəsi olduğu müəyyən edilən 24 yaşlı Anastasiya Yeşçenkonun parçalanmış cəsədi tapılıb.
 
 
 
Anastasiya Yeşçenko
 
24 yaşlı Anastasiyanın Krasnodardan Sankt-Peterburqa oxumaq üçün gəldiyi məlum olub. O, burada oxuduqdan sonra Sokolovun köməkçisi olaraq işləməyə başlayıb.
 
Cinayəti etiraf edən Sokolovun vəkili isə bunları deyib: “Sokolov sevgilisini bir mübahisə zamanı öldürdüyünü, sonradan başını, qollarını və ayaqlarını mişar ilə kəsdiyini etiraf edib. Lakin bu etdiklərindən çox peşimandır”.
 
 
 
Bundan əlavə Sokolovun cəsədi parçalara ayırıb, bel çantası ilə şəhərdə gəzməsi də müzakirə mövzusu olub. İddialara görə, Sokolov cəsədi yox etdikdən sonra Napoleon Bonapart geyimində intihar etməyi planlaşdırırmış.
 
Qeyd edək ki, o, Napoleon Bonapart haqqında çoxsaylı kitabların müəllifidir və bir çox filmin tarix üzrə məsləhətçisi olub. Sankt-Peterburq Dövlət Universitetinin Tarix İnstitutunun müəllimi və dünyada az sayda olan Napoleon araşdırmaçılarından biri olan Sokolov Fransanın ən yüksək mükafatlarından sayılan “Legion d’honneur”ə layiq görülüb.
 
Turan Oruc,
Musavat.com

Загрузка...
Загрузка...