Rus gözəlçə yataqda ABŞ rəhbərliyini necə OVSUNLADI? - “Agent 00Sex”in İNANILMAZ ƏMƏLLƏRİ - FOTO

Baxış sayı: 
90
0  
0  

“Vaşinqtonda bu aktiv gənc rus haqqında tez-tez danışırdılar: qırmızı saçlar, dərin dekolte və cəzbedici baxış. 29 yaşlı Mariya Butina nüfuzlu qonaqlarla mazaqlaşmadan keçinmirdi”.

Turaninfo.org xəbər verir ki, bu haqda bir neçə gün bundan əvvəl Rusiya vətəndaşı Mariya Butinanın ABŞ-da casusluqda ittiham olunaraq saxlanılmasını şərh edən Almaniyanın “Bild” nəşri yazıb.

“Bild” yazır ki, rusiyalı gənc qadın Milli Atıcılıq Assosiasiyasından olan (N.R.A) silah lobbiçiləri, prezident Donald Trampın ətrafı və Konqresin üzvləri ilə əlaqələri qaydaya salmışdı.

“O, əllərində silah həvəslə şəkillər çəkdirir və yorğan-döşək vasitəsilə ultrakonservativ dairələrə giriş əldə etmək üçün nüfuzlu kişilərlə yatırdı”, - nəşrin müəllifi Herbert Bauernebel qeyd edib.

“İndi pişik torbadan çıxdı: Butina Moskvanın tapşırığı üzrə casus kimi hərəkət edirdi. “Agent 00Sex” praktik olaraq Anna Çapman (2010-cu ildə casusluqda ittiham olunaraq ABŞ-da saxlanılmış, daha sonra casus mübadiləsi çərçivəsində Rusiyaya qaytarılmışdı – red.) kimi fəaliyyət göstərirdi”, - müəllif əlavə edir.

“Bild” qeyd edək ki, Federal Tədqiqatlar Bürosu Butinanı ifşa edəndə, rus casus artıq ABŞ-dan qaçmağa hazırlaşırdı:

“Butina ABŞ-dan pulu çıxarır və şeyləri qablaşdırırdı”.

İstintaqın məlumatına görə, Butinanı ABŞ-a Rusiyanın Mərkəzi Bankının direktor müavini, prezident Vladimir Putinin yaxın ətrafının nümayəndəsi göndərib. Torşin daha əvvəl Rusiya parlamentinin deputatı idi. O, hazırda ABŞ Maliyyə Nazirliyinin sanksiyalarının altındadır.

Alman nəşri qeyd edir ki, Butinanın fokusunda əvvəlcə Respublikaçılar Partiyasından ABŞ prezidentlyinə aparıcı namizədlər var idi.

“Sonra o N.R.A ilə respublikaçı siyasətçilərlə daha sıx bağlı olan şəbəkənin formalaşmasında iştirak edirdi. Vaşinqtonda Butinanın tutulması partlamış bomba effekti yaratdı. Çoxunu, hər şeydən əvvəl, qəbullarda, müxtəlif tədbirlərdə, yaxud da yorğan-döşəkdə rusla əlaqədə olanları təlaş bürüdü”, - jurnalist əlavə edir.

Müstəntiqlər artıq aydınlaşdırmağı bacarıblar ki, respublikaçı Pol Erikson Butinanın məşuqu idi. Qız onunla yaşayırdı, amma, bildirilir ki, şəxsi söhbətlərdə onu “iyrənc” adlandırırdı. Nəşr yazır ki, Butina Trampın inaqurasiyası münasibəti ilə keçirilən bayram tədbirinin qonaqları arasında idi.

“Qalmaqala qarışanlar arasında kiçik Donald Tramp da var. Dinlənilmiş telefon söhbətlərinə əsasən, o, yenə Moskvada Torşinlə görüşmək istəyirdi”, - “Bild” qalmaqalın miqyasının böyüyəcəyinə işarə edib.

İttihama görə, Butina Kremllə sıx əlaqələri olan oliqarxla münasibətlərə malik idi. Alman nəşri “Mother Jones” qəzetinə istinad edərək yazır ki, söhbət Boris Rotenberq və ya Yuri Kovalçukdan gedə bilər. Onların isə hər ikisi Putinin dostudur.

Məhkəmə sənədlərindən görünür ki, Butina mühafizəkar dairələr tərəfindən nəzarət edilən təşkilatlara giriş əldə etmək üçün seksə xüsusi önəm verirdi. Seks onun üçün “fəaliyyətinin lazımlı aspekti” idi.

Qeyd edək ki, Rusiyanın xeyrinə casusluqda şübhəli bilinən Rusiya vətəndaşı iyulun 16-da saxlanılıb. ABŞ-ın Ədliyyə Nazirliyinin məlumatına görə, Butina 2015-ci ildən ən azı 2017-ci ilin fevralına qədər Rusiya hökumətinin yüksək vəzifəli rəsmi şəxsinin sərəncamı ilə işləyirdi.

Rəsmi açıqlamaya görə, Butina ABŞ-da Amerika siyasətinə təsirə malik olan şəxslərlə əlaqələri inkişaf etdirməkdə və təşkilatlar nüfuz etməkdə ittiham edilir.

Загрузка...
Загрузка...