Rus astroloqdan 2020 haqda bədbin proqnoz

Baxış sayı: 
139
2  
0  

Əvvəlcədən də 2020 son dərəcə mürəkkəb il kimi xarakterizə olunurdu.
 
Axar.az xəbər verir ki, bu barədə rusiyalı astroloq Vasilis Volodin danışıb. Onun sözlərinə görə, buna səbəb builki altı tutulma (Günəş və Ay tutulmaları – red.) ilə bağlıdır:
 
“Bu, həddən artıq çoxdur. Daha biri - 2019-cu ilin dekabrın sonunda baş verən tutulma da sonrakı hadisələrə öz təsirini göstərib”.
 
Volodin bildirib ki, tutulmalar fövqəladə situasiya və qeyri-adi şərait yaradan çox vacib və narahatedici astroloji faktordur:
 
“Adətən ildə 4-5 tutulma baş verir. Bundan artıq olduqda isə kədər gətirir. Xatırladım ki, 1917-ci ildə 7 tutulma baş vermişdi. Həmin il nələr olduğunu hamı bilir, yəqin”.
 
O, həmçinin deyib ki, 2020-ci il üçün hökumətdəki dəyişikliyi (Medvedyevin getməsini – red.), eyni zamanda iqtisadi böhranı və rublun kəskin ucuzlaşacağını proqnozlaşdırmışdı və bunlar hamısı doğrulub:
 
“Yalnız koronavirusla bağlı heç nə deməmişdim. Çünki belə bir mövzunun mövcudluğundan xəbərsiz idim”.

Загрузка...
Загрузка...