​“Ruhun şad olsun, oğul” – Flora Kərimova Rəşad Atakişiyevdən yazdı

Baxış sayı: 
52
1  
0  

Xalq artisti Flora Kərimova bu gün meyiti tapılan MiQ-29 qırıcısının pilotu Rəşad Atakişiyev haqqında status yazıb.
 
Minval.info xəbər verir ki, o, Azərbaycanın Rəşadla fəxr etdiyini qeyd edib və Vətənə başsağlığı verib:
 
“İndi rahat uyu oğul! Səni Xəzər lay-lay deyib çağladı, xidmətində olduğun Vətən torpağı sənin qoynunda uyuyacaq. Sevənlərin səni görmək üçün gələcəkləri, hər vətəndaşa nəsib olmayan vətəndaşın var. Ruhun şad olsun oğul!”
 
İyulun 24-də plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin “MiQ-29” təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi və təyyarənin qalıqları dünən tapılaraq dənizdən çıxarılıb.

Загрузка...
Загрузка...