​“Rubikon əməliyyatı”: ABŞ və Almaniya kəşfiyyatı 50-dən çox ölkəni izləyirmiş

Baxış sayı: 
47
1  
0  

 
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Almaniya kəşfiyyatı ilə birlikdə 50 il ərzində dünyanın 100-dən çox ölkəsini izləyib.
Musavat.com xəbər verir ki, bu barədə “The Washington Post” və Almaniyanın “ZDF” kanalında məlumat yayılıb.
 
Gələn informasiyalara əsasən kəşfiyyat orqanları II dünya müharibəsindən sonra İsveçrənin Crypto AG şirkətinin rəqəmsal maşınlarından istifadə ediblər.
 
Şirkətlə əməkdaşlığa Fransa kəşfiyyatı da can atırmış. Hələ 1967-ci ildə Fransanın xarici kəşfiyyat idarəsi firmanın təsisiçisi Boris Hagelinə tərəfdaş olmağı təklif edib.
 
Almaniyanın BND və ABŞ-ın MKİ-si 1970-ci ildən sonra həmin firmanın gizli sahiblərinə çevriliblər. Amerikalılar və almanlar rəqəmsal alqoritmlərin hazırlanması, habelə buraya yeni işçilərin götürülməsi (daha doğrusu, öz əməkdaşlarının yerləşdirilməsi) prosesinə nəzarəti həyata keçiriblər.
 
“Crypto AG” öz aparatlarını iki səviyyədə - təhlükəsiz və müdafiəsiz olaraq satıbmış. Həmin maşınları əldə edən dövlətlər onlara Vaşinqton və Berlin tərəfindən nəzarət edildiyindən xəbərsiz olublar. İki ölkənin xüsusi xidmət orqanları buna “Rubikon əməliyyatı” adını qoyublar. İsverənin bitərəf statusu ona avadanlıqları daha çox satmağa imkan verib.
 
Beləliklə, xarici ölkələr ən məxfi təmaslarının və materiallarının ABŞ və AFR tərəfindən ələ keçirilməsi üçün səxavətlə pul xərcləyiblər. Yalnız şirkətin əsl mənşəyindən şübhələnən SSRİ və Çin “Crypto AG” şirkəti ilə əməkdaşlıq etməyiblər.
 
 
Hər halda Qərb demokratiyasının iki ən güclü dövləti 1979-cu ildə İrandakı yeni rejimin fəaliyyətini izləməyə, Folklend adaları böhranında Argentinanın hərbi qüvvələri haqqında materialların Böyük Britaniyaya ötürülməsinə, Cənubi Amerika diktatorlarının törətdiyi qətllər haqqında məlumat toplamağa nail olublar.
 
Şirkətin kriptoqrafik maşınları haqqında ilk şübhələr hələ 1970-ci illərin sonlarında meydana gəlib. Buna ABŞ-ın bir sıra məmurlarının və prezident Ronald Reyqanın ehtiyatsız bəyanatları da səbəb olub. Belə ki, prezident Ronald Reyqan 1986-cı ildə Berlinin “La Bell” diskotekasının partladılmasına əli olan Liviya rəsmilərinin məlumatlarını yaxalaya bildiklərini bəyan edib.
 
1992-ci ildə avadanlığı satanlardan biri İranda həbs edilib. Almaniya BND-si dərhal oyundan çıxıb və onun bütün payı MKİ-yə keçib.
 
Hazırkı dövrdə “Crypto”nun məhsulları ondan çox ölkədə istifadə olunur, lakin şirkət özü səhmdarları tərəfindən faktiki olaraq ləğv edilib. Onun bir çox aktivi isə İsveçrə üçün təhlükəsizlik sistemləri quran “Crypto İnternational” şirkətinə keçib.
 
Musavat.com

Загрузка...
Загрузка...