Rəssam İbrahim Səfi irsinin araşdırılması və təbliği

Baxış sayı: 
47
3  
0  

 
Bakı Atatürk Mərkəzində dünya şöhrətli rəssam İbrahim Qafar oğlu Səfiyev irsinin araşdırılması və təbliğində misilsiz xidmətləri olan Sənaye Dövlət Universitetinin dossenti Elşad Səfizadəyə Milli Mədəniyyətin Təbliği ictimai birliyi tərəfindən Fəxri Diplom təqdim olunmuşdur. Diplomu birliyin rəhbəri filologiya üzrə fəlsəfə doktoru Jalə Cəfərova təqdim etmişdir. Jalə xanım öncə İbrahim bəy haqqında məlumat vermişdir.
“İbrahim Səfi 1898-ci ildə Naxçıvanın Şərur rayonunda dünyaya gəlmiş, üç yaşında atasını itirdiyi üçün çox çətinliklərlə üzləşmişdir. Kiçik yaşlarından rəsmə həvəs göstərən İbrahim 12 yaşında “Araz balıqçıları” adlı ilk əsərini çəkmişdir. 1824-25-ci illərdə Atatürkün portretini çəkən ilk rəssamlardan olub. Bir müddət Moskvada təhsil alır və müharibənin başlaması təhsilini başa vurmağa imkan vermir.
1920-ci ildən sonra İbrahim bəy ömrünün sonuna qədər həm Avropada, həm də Türkiyədə saysız-hesabsız sərgilərə imza atır və artıq bütün dünyada tanınır. Təəssüf ki, belə böyük sənətkar haqqında doğma vətənində çoxları məlumatsızdır.  Bu böyük rəssamın ictimaiyyətə tanıdılmasında OXU Akademiyasının rəhbəri dəyərli Səməd bəy Vəkilovun xidməti ölçüyəgəlməzdir.  İbrahim bəyin dünyasını dəyişdiyi zamandan 34il keçir. Elşad bəyin də, bizim də ən böyük istəyimiz bu böyük rəssamın İstanbuldakı evini özünə yaraşan bir mərkəzə çevirməkdir. Biz də çalışıb əlimizdən gələni əsirgəməyəcəyik.”


Jalə Cəfərova

Загрузка...
Загрузка...