Röyadan ÖRNƏK ADDIM - 77 yaşlı şəhid anasına söz verdi və... - VİDEO

Baxış sayı: 
112
1  
0  

Bir neçə ay əvvəl Qazaxın Quşçu Ayrım kənd sakini 77 yaşlı Əsmər Cəfərovanın sosial şəbəkələrdə videosu yayıldıqdan sonra Xalq artisti Röya Ayxan ona ev tikdirəcəyinə söz vermişdi.
 
Publika.az xəbər verir ki, sənətçi sözünün üstündə dayanıb və şəhid anası üçün yeni ev tikdirib. Bu barədə müğənni instaqramda məlumat yayaraq evin görüntülərini paylaşıb.
 
“Yəqin ki, yadınızdadır, dekabrın 13-də Əsmər nənənin sosial şəbəkələrdə videosu yayılmışdı. O görüntülərlə 3 gün sonra tanış oldum və səhəri Qazaxın Quşçu Ayrım kəndinə yola düşdük. Artıq nənəmizin evi hazırdır. Çox xoşbəxtəm ki, bu sevinci onlara yaşada bildik. Bütöv Azərbaycana təşəkkür edirəm. Çünki mən bu torpağın övladıyam və burada tərbiyə almışam. İnşallah, karantin bitdikdən sonra yollar açılar, növbəti köməkliyimizi də yerinə yetirərik”, - Röya Ayxan qeyd edib.
 
Qazaxın Quşçu Ayrım sakininin mənzili tamamilə hazır edilib. Ə.Cəfərovanın hazırda yaşadığı məkan onun və övladlarının xatirəsi olduğu üçün sökülməyib.

Загрузка...
Загрузка...