Rövnəq Abdullayev hansı məmur övladının toyuna 400 min avro pul salıb?

Baxış sayı: 
46
1  
1  

Adı son dövrlər bir çox qalmaqallarda hallanan Rövnəq Abdullayevin böyük maddi imkana, habelə milyonlarla dollarlıq əmlaklara sahib olması çoxdanın müzakirə predmetidir. SOCAR rəhbərinin bu qədər imkana sahiblənməsinin mənbəyi kimi neft pulları, bir sıra biznes işləri görməsi ilə əsaslandırılır. Hərçənd bunu nə özü, nə də yaxın ətrafı təsdiqləmir. Əksinə, inkar edir, başqalarının üzərinə atmağa çalışır.
 
Rövnəq Abdullayev təkcə böyük maddi imkana sahib olması ilə deyil, həm də yaxın çevrəsinə qarşı əliaçıqlığına görə də ad çıxarıb. Məsələ belədir ki, SOCAR-da adi departament rəhbərinin belə böyük sərvətə malik olması kimsəyə sirr deyil. Elə bu yaxınlarda idarə rəislərindən birinin 4 milyonluq tenderi necə “qazanması”, onun milyonlara sahiblənməsi barədə ilginc məlumat yayılmışdı.
 
Qeyd edək ki, Azərbaycanda toylara nəmər salınması çoxdanın adətidir. Əvvəllər bu natural formada həyata keçirilirdisə, hazırda məsələ bir qədər bayağı şəkil alıb. Belə ki, hazırda toylara nağd pul salınması dəbdədir. Düzdür, orta və kasıb ailələrin təşkil etdiyi şənliklərdə iştirak edənlər ciblərinə uyğun olaraq pul yazdırırlar. Bbu da 50-100 manatlıq həddi çox vaxt keçmir.
 
Ancaq Rövnəq Abdullayevin iştirak etdiyi toylarda rəqəmlər daha böyük və bəzən də dodaq uçuqadan həddə olur. JAMAZ.İNFO-nun əldə etdiyi məumata görə, SOCAR rəhbəri öz işçilərindən birinin toyuna qatılaraq, gəlinlə bəyə hədiyyə ala bilmədiklərinə görə üzürxahlıq ediblər. Əvəzində isə onlara içində 400 min avro pul olan bank kartı hədiyyə ediblər ki, bununla da onlar özlərinə hədiyyə ala bilsinlər və ya istədikləri kimi xərcləsinlər.
 
Məlumata görə, toyu olan gənc xanım SOCAR-da işləyən idarə rəislərindən birinin qızıdır. Onun atasının isə SOCAR prezidenti ilə ailəvi dostluq münasibəti var. Elə bu səbəbdən də ailə dostu kimi toya 400 min avro pul salınıb.
 
Bildirək ki, həmin məmurun adı bizə məlumdur. Yaxın günlərdə tam dəqiqləşdirmə apardıqdan sonra adını açıqlayacağıq.
 
Maraqlıdır, görəsən, Rövnəq Abdullayev neçə ilin maaşını topyalayaraq, 400 min avro pul yığa bilib?/jamaz.info/

Загрузка...
Загрузка...