Ronaldu “Yuventus”da 61 il əvvəlki rekordu təkrarlayıb

Baxış sayı: 
27
1  
0  

“Yuventus” futbol komandasının portuqaliyalı hücumçusu Kriştian Ronaldu İtaliyanın A seriyasının 14-cu turunda “Fiorentino” ilə matçda Turin klubunun 61 il əvvəlki rekordunu təkrarlayıb.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, portuqaliyalı hücumçu bu matçda İtaliya çempionatında 10-cu qolunu vurub. Bununla da o, 61 il ərzində 14 oyunda 10 dəfə fərqlənən oyunçu kimi seçilib. Buna qədər eyni nəticəni 1957/58 mövsümündə Con Çarlz göstərib.
Ronaldu bu ilin yayında Madridin “Real” klubundan “Yuventus”a transfer edilib. “Yuventus” bunun üçün qarşı tərəfə 117 milyon avro ödəyib.
Daha əvvəl hücumçunun qolu “Yuventus”a A seriyasında ardıcıl 5-ci qələbəni qazanmağa kömək edib.

Загрузка...
Загрузка...