Rihanna milyarder ərəb sevgilisi haqqında danışdı – FOTO

Baxış sayı: 
64
1  
0  

31 yaşlı dünya ulduzu Rihanna “Interview Magazine” jurnalı üçün həm fotosessiya etdirib, həm də həyatı haqqında açıqlamalar verib.
 
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ərəb milyarder Həsən Cəmil ilə görüşən müğənni müsahibəsində aşiq olduğunu etiraf edib. Lakin Rihanna onu da əlavə edib ki, toyun baş tutub-tutmayacağını ancaq Allah bilir:
 
“Bunu ancaq Allah bilər. Allahı güldürmək istəyirsənsə, ona gələcək planlarından danış, elə deyilmi? Amma dünyada hər şeydən çox ana olmaq istəyirəm”.
 
Sənətçi onu da əlavə edib ki, yalnız son bir neçə ildə özünə vaxt ayırmağın nə qədər vacib olduğunu başa düşüb, çünki ruh sağlamlığı buna bağlıdır:
 
“Əgər xoşbəxt deyilsinizsə, xoşbəxt olmayacaqsınız, hətta istədiyiniz işi etsəniz belə. İstəmirəm ki, işim təkrarlanan rutinə çevrilsin. Yeni bir münasibətə başladım və bu, mənim üçün əhəmiyyətlidir. Başa düşdüm ki, şəxsi həyatıma vaxt ayırmaq lazımdır. Biznesimlə məşğul olduğum kimi münasibətlərə vaxt ayırmaq lazımdır. İndi gündəliyimdə özümə ayırdığım günlər qeyd olunub, bu, mənim şəxsi həyatıma həsr olunmuş günlərdir”.

Загрузка...
Загрузка...