​Rentgen radiasiyasından keçmiş məhsulları yemək olar? - Mütəxəssis açıqladı

Baxış sayı: 
83
0  
0  

Rentgen skanerindən keçən qida məhsulları radiasiya qəbul edir, lakin insan orqanizminə zərər verə bilməz.
 
Publika.az “life.ru”ya istinadla xəbər verir ki, bu barədə rentgenoloq Maksim Krasnıx məlumat verib.
 
“İonlaşdırıcı şüalar daha çox sıx toxumalarda toplanır, qida məhsullarının sıx hissəciklərdən ibarət olmadığını nəzərə alsaq, bunlarda yığılan ionlaşdırıcı radiasiya praktiki olaraq orqanizmə təsir göstərməz”, - həkim qeyd edib.
 
Mütəxəssis radiasiyanın ətrafdakı texnologiyalardan daha çox zərəri olmayacağını söyləyib. Eyni zamanda, onun fikrincə, təyyarədə uçarkən bu cür məhsullardan daha güclü doza əldə edə bilərsiniz. Bundan əlavə, həkimin sözlərinə görə, radiasiya yalnız toxumalarda toplana bilməz, həm də onlardan yuyula bilər.
 
Aytən Məftun

Загрузка...
Загрузка...