​“Real”ın sabiq futbolçusu narkotika alverinə görə saxlanılıb

Baxış sayı: 
176
2  
0  

 
 
“Real”ın sabiq futbolçusu Edvin Konqo İspaniya polisi tərəfindən saxlanılıb.
 
Apasport.az saytının məlumatına görə, 44 yaşlı keçmiş hücumçu narkotika alveri ilə məşğul olmaqda şübhəli bilinir.
Polis əməliyyat zamanı 10 nəfəri yaxalayıb ki, onlardan biri də Konqodur. Şübhəli şəxslər hazırda nəzarətdədirlər. Yerli polis saxlanılanların kokain alverində iştirakını araşdırır.
 
Qeyd edək ki, Edvin Konqo 1999-2002-ci illərdə “Real”ın futbolçusu olsa da, icarə əsasında başqa klublarda çıxış edib.

Загрузка...
Загрузка...