“Real”ın 101 milyonluq transferi 22-ci dəfə zədələndi

Baxış sayı: 
109
1  
0  

“Real”ın futbolçusu Qaret Beyl növbəti dəfə zədələnib.

Qol.az-ın xəbərinə görə, La Liqanın 17-ci turunda “Vilyarreal”a qarşı matçda (2:2) start heyətdə meydana çıxan uelsli hücumçu zədə səbəbindən cəmi bir hissə oynayıb və İsko ilə əvəzlənib. Onun bərpa müddətinin məlum olmadığı bildirilib

“AS” qəzeti yazır ki, bu, 2013-cü ildə “Real”a transfer olunan Beylin Madrid klubunda 22-ci zədəsidir. 29 yaşlı futbolçu bu zədələrə görə ümumilikdə 84 oyun buraxıb.

Qeyd edək ki, Q.Beyl cari mövsüm 23 matçda 10 qol vurub, 5 qolun ötürməsini verib.

Əlavə edək ki, Beyl “Real” 101 milyon avroya “Tottenhem”dən transfer olunub.

Загрузка...
Загрузка...