“Real” Neymardan vaz keçdi, onu hədəfə aldı

Baxış sayı: 
53
1  
0  

Eden Hazard, Luka Yoviç, Eder Militao, Ferland Mendi və Rodriqonun transferinə 300 milyon avrodan artıq xərcləyən “Real”ın növbəti transfer hədəfi açıqlanıb.
 
Turaninfo.org goal.com-a istinadən xəbər verir ki, “Kral Klubu” “Barselona”ya dönmək istəyən Neymardan vaz keçib. İndi “Real”ın birnömrəli transfer hədəfi PSJ-nin digər ulduzu Kilian Mbappedi.
 
Klub prezidenti Florentino Peres Neymarı komandaya qatmağı çox istəsə də, buna nail olmayıb və Paris klubunun gənc ulduzuna elçi düşüb. Artıq “Real” bütün diqqətini 20 yaşlı futbolçunun transferinə yönəldib.

Загрузка...
Загрузка...