​ƏRDOĞANA QARŞI YENİ “KÖHNƏ İTTİFAQ”: Türkiyəni yenidən "Atlantik yolçusu" etmək istəyirlər - TƏHLİL

Baxış sayı: 
39
1  
0  

Bülənt Ərandaç
 
“Takvim”, Türkiyə, 19 avqust 2019-cu il
 
İYİ Partiyanın sədri Maral Akşenər dərin dəhlizlərdən gələn təlqinlərlə bir anda “Babacan/Davudoğlu eşqi”ni elan etdi. Akşenər, dünənədək qarşı çıxdığı Abdulla Gülün bu günlərdə qurduracağı və AKP-ni bölməyə yönəlik “Babacan partiyası”nı əllərini ovuşduraraq gözləyir.
 
Akşenər deyir ki, mühafizəkar dindarlarla Babacan vasitəsilə təmas quracağıq. Bu baxımdan, Babacan və Davudoğlunun partiyaları mühafizəkar dindar seçicilərlə təmas qurmağımızı asanlaşdıracaq qurumlar olacaq.
 
Bu siyasi mühəndisliyin adını tam qoyaq. Gül-Qılıncdaroğlu-Akşenər-Dəmirtaş-Qaramollaoğlunu “Atlantik gəmisi”nə mindirən ABŞ və İngiltərədir.
 
Türk daxili siyasətini dalğalandırmağa yönəlik siyasi mühəndisliyin kodlarını açan və Maral Akşenərin ABŞ şəbəkəsini ortaya qoyan iki önəmli açıqlamanı diqqətinizə təqdim etmək istəyirəm.
 
Soros-İYİ Partiya əlaqəsi
 
Akşenər-ABŞ şəbəkəsilə bağlı birinci bombanı İYİ Partiyanın daxilində partlatdılar. İYİ Partiyanın Elektron media və təbliğat üzrə sədr müavini Adəm Taşkaya, partiyada yüksək vəzifə tutan bir çox şəxsin ABŞ Konqresi tərəfindən maliyyələşdirilən “Balans və Təftiş Şəbəkəsi” (BTŞ) adlı qurumla əlaqəli olduğunu iddia etdi. O dedi ki, “BTŞ kimi qurumlar müxtəlif QHT-ləri təşkilatlandıraraq Türkiyədə siyasətə müdaxilə etmək istəyir. Bu çirkli şəbəkə bu gün İYİ Partiyada rəhbər kadrlar arasında qarşımıza çıxır. Akşenərin müşavirlərindən tutmuş partiyanın qərarvermə səviyyələrində olan kilid şəxslərədək bir çoxlarının yolu BTŞ ilə kəsişir”.
 
Qeyd edək ki, BTŞ, ABŞ Konqresinin maliyyələşdirdiyi, “narıncı inqilablar”ın maliyyəçisi Milli Demokratiya Fondunun (National Endowment for Democracy) – MDF-in dəstəklədiyi bir təşkilatdır.
 
İkinci önəmli açıqlamanı isə 8-ci Prezident Turqut Özalın müşaviri də olmuş yunan əsilli türkoloq, professor Dimitri Kiçikis verdi. O dedi ki, “Amerikalılar Maral Akşenərin partiyasının alternativ partiya olmasını dəstəklədi”.
 
“Balkanları bölməyə çalışırlar. Osmanlını parçaladılar” deyən professor, Prezident Ərdoğanın da yox edilməsinin istəndiyini söylədi.
 
O, “Ən başından bəri ABŞ-ın Ərdoğanı istəmədiyini bilirdim. Bu üzdən 2016-cı ildə onu uğursuz bir çevriliş cəhdilə devirməyə çalışdılar. Bacarmadılar. Akşenərin rolu başladı. Amerikalılar onun alternativ olması üçün partiya qurmasını dəstəklədilər” deyərək, bomba açıqlamalar verdi.
 
2015-ci ilin iyun seçkilərindən sonra MHP lideri Dövlət Baxçalı, ABŞ-İngiltərə intellektual komandasının Türkiyə ilə bağlı ssenariləşdirdiyi “dərin oyun”u çox yaxşı gördü, CHP və HDP-nin hökumət qurmasını əngəllədi. Ardınca Akşenəri MHP-dən qopardılar. Bu bölmə əməliyyatı Qərbin layihəsi idi. Bunun adı “Böl, idarə et” strategiyası, bir hissəsini qoparmaqla böyük qanadı kiçiltmə əməliyyatıdır. Akşenərin MHP-ni bölməsini, Ərdoğan-Baxçalı ittifaqının səsinin 50%-in altına endirilməsini planlaşdırdılar.
 
CHP, İP, HDP və SP-ni birləşdirmələrinə rəğmən, 2016-cı illin referendumunda və 2018-ci ilin prezident seçkilərində bacarmasalar da, 2019-cu ilin 31 mart-23 iyun bələdiyyə seçkilərində fərqli nəticə əldə etməyə yaxınlaşdılar.Bələdiyyə seçkilərindən sonra Nyu York-London-Berlin layihəsilə TBMM-də qüvvələr nisbətini dəyişdirmə, AKP-MHP-nin parlamenti idarə etmə gücünü qırma və növbədənkənar seçki zəmini yaratma xəyalı qururlar.
 
Nəticə etibarilə, Gül-Babacan-Davudoğlu əməliyyatı ilə AKP-dən 2% səs qoparmaq istəyirlər. Gül-Babacan-Davudoğlu-Qılıncdaroğlu-Akşenər-Dəmirtaş-Qaramollaoğlu ittifaqı ilə gələcək prezident seçkilərində Ərdoğanın önünü kəsərək, Türkiyəni təkrar “Atlantik yolçusu” halına gətirmək, ona yenidən “NATO kəməndi“ atmaq niyyətindədirlər.
 
Burada böyük şairimiz Sezai Qaraqoçun sözləri yada düşür:
 
“…Əsla kədərlənmə, taleyin üstündə bir tale vardır.
 
Nə etsələr də boş şeydir, göylərdən gələn bir qərar vardır.
 
Səndən ümidimi kəsmərəm, qəlbində mərhəmət adlı bir çinar vardır”.
 
Tərcümə Strateq.az-ındır

Загрузка...
Загрузка...