Ərdoğan İslandiyanı "devirmək" üçün naziri ora göndərdi

Baxış sayı: 
32
1  
0  

Türkiyənin Futbol üzrə Milli Komandasının Avropa Çempionatı seçmə mərhələsi çərçivəsində İslandiya yığması ilə səfər oyununa gedərkən hava limanında saatlarla gözlədilməsi və təkrar-təkrar yoxlanılması məsələsi prezident Rəcəb Tayyib Ərdoğanı hərəkətə keçirib.
 
Publika.az xəbər verir ki, prezident Türkiyə Futbol Federasiyalarının prezidenti Nihat Özdəmir ilə görüşüb.
 
Ərdoğan həmsöhbətinə bildirib ki, dövlət məsələ ilə bağlı bütün təşəbbüsləri və tədbirləri diqqətində saxlayıb. “Şenol Günəş müəllimimiz və futbolçularımız əhvallarını yüksək saxlasınlar. Türk xalqı onların yanındadır” – Ərdoğan deyib.
 
TFF prezidenti öz növbəsində Ərdoğana təşəkkürünü çatdırıb.
 
Bundan başqa, Türkiyə Gənclər və İdman naziri Mehmet Kasapoğlu heyəti ilə milli komandaya sabahkı oyunda dəstək olmaq üçün İslandiyaya yola düşüb.
Zümrüd

Загрузка...
Загрузка...