​Ərdoğan dünya liderlərinə məktub yazdı: Şərqdə nəhəng hərəkat başlayır

İngiltərədə səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünya liderlərinə məktub yazdığını açıqlayıb.

Publika.az xəbər verir ki, prezident bunu fələstinlilər üçün müsəlman ölkələrindən Ramazan ayı boyunca yardım toplanmasına görə edib.

Kampaniya İslam Əməkdaşlıq Təşkilatının təşəbbüsü və başçılığı ilə gerçəkləşdiriləcək.

ABŞ səfirliyinin Qüds şəhərinə köçürülməsini fələstinlilərin protest etməsindən sonra İsrailin qətliam həyata keçirdiyini bildirən Ərdoğan “Bu günün İslam dünyası olaraq Qüdsü itirdiyimiz bir gün olmasına əsla izn verməyəcəyik” deyib.

Prezident qeyd edib ki, kampaniyaya qoşulmaq istəyən prezidenlər onunla, baş nazirlər Türkiyənin baş naziri ilə, xarici işlər nazirləri də Türkiyədəki həmkarı ilə görüşəcəklər.
Qeyd edək ki, dünən ABŞ prezidenti Donald Tramp Qüds şəhərini İsrailin paytaxtı kimi tanıyıb və ölkəsinin səfirliyini Qüdsə köçürüb. Buna etiraz edən fələstinlilərlə İsrail hökumətinin qüvvələri arasında silahlı qarşıdurma yaranıb.
Zümrüd

Загрузка...
Загрузка...